İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, Nəcəfdə İmam Əli (ə) ziyarətgahının koronavirus pandemiyasına görə iki ilə yaxındır fəaliyyəti dondurulan Quran məclisləri fəaliyyətini bərpa edib.
Bu barədə ziyarətgahın “Müqəddəs Quran Forum”unun məsulu Əbdül Hadi Əl Abidi bildirib.
Onun sözlərinə görə, zəvvarların iştirakı ilə keçirilən Quran məclisləri artıq İmam Əli (ə) ziyarətgahının həyətində keçirilməyə başlayıb.