IQNA

BƏƏ-də məscidlər üçün yeni gigiyena qaydaları açıqlanıb

17:17 - November 11, 2021
Xəbər sayı: 3491179
Çərşənbə axşamı günü BƏƏ hökuməti, ölkə daxilində məscidlər, dəstəmazxanalar və sanitar qovşaqlar üçün gigiyena qaydalarının tətbiq edildiyini açıqladı.

"İQNA", "Əl-eyn"-ə istinadən xəbər verir ki, BƏƏ hökuməti bu gün, çərşənbə axşamı İslam İşləri və Vəqflər Baş İdarəsi ilə razılaşdıraraq, məscid və kilsələrdə namaz qılınması ilə bağlı təlimatları yeniləyib.

BƏƏ-nin Fövqəladə Hallar İdarəsi, Böhran və Fəlakətlər İdarəsinin Milli Agentliyinin rəsmi sözçüsü Seyf əl-Zahiri, BƏƏ hökumətinin koronovirusla bağlı mətbuat konfransı zamanı deyib. Yenilənmiş protokola qadınlar üçün yollararası ibadət yerlərinin və dəstəmazxanaların açılması daxildir.

O, bütün məscid və ibadətxana işçilərini, Koronadan qorunma təlimatlarını Ərəb, İngilis və Ordu da daxil olmaqla bir neçə dildə çap etməyə və dəstəmazxanalarda yapışdırmağa çağırıb.

Məscidlər namazdan dərhal sonra bağlanır və orada oturmağa icazə verilmir. Bundan əlavə, bütün adi və əvvəlcədən qəbul edilmiş sağlamlıq tədbirlərinə riayət edilməlidir.

Həmçinin protokollarda imamların peyvənd edilməsi və vaxtaşırı olaraq hər 14 gündən bir PCR müayinəsindən keçirilməsi zərurəti də var.

4012298

captcha