"İQNA"nın verdiyi xəbərə əsasən, Fransız tədqiqatçılar, uzun illər "Do France" Kollecində ustad olan və müxtəlif İslam mövzuları, o cümlədən təsəvvüf üzrə ixtisaslaşan fransız şərqşünas və islamşünas "Louis Massignon" adlı sayt açıblar.
İranın Fransadakı mədəniyyət məsləhətçisinin sözlərinə görə, onlar əsərlər, mühazirələr və mövcud resursları toplayaraq Massignonun dinlərarası dialoqun qabaqcıllarından biri kimi daha yaxşı tanınmasını istəyirlər.
Louis Massignon, fransız şərqşünası, islamşünası və İslam tarixi üzrə tədqiqatçı idi. Xristian və katolik olmasına baxmayaraq, həmişə İslamı yaxşı tanımağa və tanıtdırmağa çalışırdı. Buna əsasən, o, Qərbin İslama baxışına böyük təsir göstərə bildi.
"Louis Massignon" veb-saytı "https://louismassignon.fr" ünvanında fəaliyyət göstərir.