"İQNA", xəbər verir ki, Əhməd Musa Qarouadakı mərkəzi məscidə 1500 dollar bağışlayıb. Musanın media üzrə köməkçisi Muslim News-a müsahibəsində həqiqəti təsdiqləyib.
Bu məscid Nigeriya milli komandasının düşərgəsinin yaxınlığında yerləşir. Düşərgə Nigeriya futbol komandasını Kamerunda keçiriləcək Afrika Millətlər Kubokuna hazırlamaq üçün istifadə olunub.
Bu pul Qaroua məscidinin tikintisi layihəsinə xərclənəcək. Əhməd Musa bundan əvvəl Muslim News tərəfindən ilin yaxşılıq edən adamı seçilmişdi.
4032317