IQNA

İsveçrədə İslamşünaslıq kursu keçiriləcək

15:00 - March 22, 2022
Xəbər sayı: 3491953
İsveçrənin Əhli-Beyt (ə) İslam və Mədəniyyət Mərkəzi uşaqlar, yeniyetmələr və gənclər üçün İslam təlimləri ilə tanışlıq kursu təşkil edəcək.

"İQNA", xəbər verir ki, bu mərkəz elan edib ki, uşaqları, yeniyetmələri və gəncləri İslam təlimləri ilə tanış etmək məqsədilə Ramazandan sonra çərşənbə və ya bazar günləri günortadan sonra mərkəzdə dərslər keçiriləcək.

Dini ekspert Höccətül-islam Həsən Əsgəri kursun mövzularını alman dilində təqdim edəcək və bu kurslar ödənişsizdir.

İsveçrənin Əhli-Beyt (ə) İslam və Mədəniyyət Mərkəzi övladlarının bu kurslarda iştirak etməsi ilə maraqlanan ailələrdən Ramazan bayramına qədər adlarını yazdırmaq üçün 0041445862523 nömrəli rabitə kanalları vasitəsilə mərkəzlə əlaqə saxlamaları xahiş olunur.

4044114

captcha