IQNA

Ərəbistan namazların canlı yayımına qoyulan qadağanı ləğv edib

17:29 - March 25, 2022
Xəbər sayı: 3491967
Səudiyyə Ərəbistanında Ramazan ayı ərzində camaat namazlarının çəkilişinə və canlı yayımına qadağa qoyulması kiberməkanda mübahisələrə səbəb olub. Bundan sonra Rəsmilər iki müqəddəs ziyarətgahdan namazların canlı yayımının davam edəcəyini açıqlayıb.

"İQNA", "Yaxın Şərq"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Səudiyyə Ərəbistanının heç bir mediasında namazların yayımlanmaması barədə göstəriş vermişdi.

Nazirlik məscidlərdə imamları və ibadət edənləri namaz zamanı lentə almaq və namazları müxtəlif media vasitəsilə canlı yayımlamaq üçün kameralardan istifadə etməyi qadağan etmişdi.

Lakin bu qərar bu ölkə xalqı tərəfindən sərt şəkildə tənqid edilib. Səudiyyə rəsmilərinin bu gün elan etdiyi kimi, Məkkə və Mədinədə namaz proqramlarının yayımı davam edəcək.

4044887

captcha