IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər /5

Bəşər tarixinin ilk cinayəti

18:04 - August 21, 2022
Xəbər sayı: 3492767
Adəm və Həvanın ilk övladı Qabil və ya Qabyindir. Onun qardaşı Habillə heç bir problemi və ya ixtilafı olmayıb. Ancaq məğrurluq və qısqanclıq tarixdə ilk qətlin və ilk qardaş qətlinin onun adına yazılmasına səbəb olub.

 

“Qabil” Adəmin ilk övladının adıdır. Qabilin adı həmişə kiçik qardaşı Habilin adının yanında görünür və onların taleləri bir-birinə bağlıdır. Müqəddəs kitablarda və rəvayətlərdə deyilənlərə görə, Qabil əkinçi idi. Lakin məğrurluq və paxıllıq üzündən böyük günah işlədib. Bu da onun qovulmasına səbəb oldu.

Quranda Qabilin adı çəkilmir. Qardaşı Habillə yanaşı “Adəm övladları” kimi onlardan yad olunur: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə” (Maidə, 27(.

Qurani-Kərimin Maidə surəsinin 27-ci ayəsindən 31-ci ayəsinə qədər Habil və Qabilin əhvalatından bəhs edilir. Ayələrdə ilk ilahi peyğəmbər olan Adəmin (ə) öz canişini olaraq “Habili” seçməsi Allah tərəfindən tapşırıldığına işarə edilir. Amma Qabil böyük qardaş kimi bu məsələni qəbul etmir və onların hər biri əllərində olan hər şeyi Allah yolunda qurban verməli olurlar. Allah Qabilin qurbanını rədd edir. Bu hadisə ilə Qabilin qəlbində təkəbbür və qısqanclıq alovlandı və tarixdə ilk qətlin və ilk qardaş qətlinin başlanğıcı oldu.

Habillə rəqabətdə özünü məğlub görən Qabil qardaşını öldürmək qərarına gəlir. O, bu qərarı öz tüğyan və üsyanı üzündən verir: “Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.” ( Maidə, 30(.

İslamdan əvvəlki dinlərin müqəddəs kitablarında da Qabilin əhvalatının bir hissəsi qeyd olunur. İncildə “Qabil” adlanan şəxs öz torpağının məhsulundan (buğda) Allaha hədiyyə verir. Lakin Allah bunu qəbul etmir. Sonra qardaşını səhraya sürüyərək öldürür.

Bəzi rəvayətlərdə Qabilin Habilə olan qısqanclığının eşq məsələsi üzündən baş verdiyini deyiblər. Amma müqəddəs kitablarda qeyd olunana əsasən, Habil ilahi peyğəmbər Adəmin (ə) davamçısı seçilir və bu da Qabildə qısqanclıq hissi doğurur.

Qabilin taleyi haqqında müxtəlif xəbərlər söylənmişdir. Dəqiq olan odur ki, Habili öldürdükdən sonra Qabil cəza üçün öz torpağından qovulmuşdu və daha əkinçilik edə bilmədi.

Tarixçilər hesab edirlər ki, Qabilin ailəsi və övladları Nuh tufanı zamanı törətdikləri günahlar ucbatından həlak olmuş və onların nəsli yox olmuşdur.

captcha