IQNA

İslamın əqidə prinsipləri; Məad / 6

Allahın ədaləti məada dəlildir

23:00 - December 26, 2022
Xəbər sayı: 3493476
Allah ədalətlidir. Yaxşı əməllərin mükafatını, pis əməllərin cəzasını verə bilmək üçün mükafat və cəza çatışmazlıqları olmayan bir dünya hazırlanmışdır.

Hər şeyin olacağına inanmaq üçün üç addım lazımdır: Birincisi, onun həyata keçirilməsinin mümkünlüyüdür. Amma hər hansı bir şeyin mümkünlüyünü sübut etməkdən əlavə, dəlili də göstərilməlidir. Məad üçün həm ağıl, həm də Quranın təsdiq etdiyi möhkəm dəlillər bəyan etmək olar. Onların biri Allahın ədaləti, digəri isə Allahın hikmətidir.

Məadın birinci dəlili: Allahın ədaləti

Quranda bir çox ayələr var ki, ağıldan və vicdandan soruşur ki, yaxşılarla pislər bərabərdirlər və heç bir fərqləri olmayacaq? “Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!” (Sad, 28).

Başqa ayələrdə oxuyuruq: "Məgər Biz müsəlmanları10 kafirlərlə eynimi tutacağıq?!” (Qələm, 35). “Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!” (Səcdə, 18). “Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Casiyə, 21).

  Allah ədalətli olduğu üçün məad və hesab vermək də olmalıdır. Dünya məhdud olduğu üçün məad da olmalıdır. Əgər qiyamət olmasa, Allahın ədalətinə xələl gələr.

  İzah budur ki, Allahın və peyğəmbərlərin əmrləri qarşısında iki qrup insan var: bir qrup insan onlarla həmfikirdir. Digər bir qrup insan isə onlara qarşı çıxır. Quran da bu həqiqəti ifadə edərkən belə buyurur: “Kiminiz kafirsiniz, kiminiz mömin” (Təğabun, 2).

  Digər tərəfdən, bu dünyada əsl cəza yoxdur. Yaxud qismən cəzalar nadir hallarda olur. Əgər varsa da, tarazlıq yoxdur. Gec-tez yaxşılar və pislər bu dünyadan gedəcək. Əgər Qiyamət günü kimi başqa yerdə haqq-hesab və əzab olmasa, hamı ölüb getsə, bəs Allahın ədaləti necə olacaq?  Bəli, Allah ədalətli olduğu və bu dünyada cəza və mükafat kifayət etmədiyi üçün başqa yerdə cəza və mükafat olmalıdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha