IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 13

Xalqın hökmdarlar üzərində 8 haqqı

23:52 - January 16, 2023
Xəbər sayı: 3493571
Nəhcül-bəlağə hökmdarların xalqa qarşı yerinə yetirməli olduğu səkkiz haqqı bəyan edir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) nəzərindən “Malik Əştərin məktubunda xalqın hüquqları” adlı mövzusunda danışıb. xalqın hökmdarlar üzərində səkkiz haqqı məsələsini müzakirə edib. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.

Cəmiyyətdə hökmdar və xalqın qarşılıqlı haqları və ya xüsusən də xalqın hökmdarın boynundakı haqları müzakirəsində bu gün İmam Əlinin (ə) Malik Əştərə məktubunu araşdıracağam. Vətəndaşlıq hüquqlarını araşdırmaq üçün hərtərəfli idarəetmə sənədi olan “Malik Əştərə məktub” adlı sənədi araşdırdım. Bu məktubda mən səkkiz hüquq çıxardım.

Bunlar həm müsəlmanların, həm də qeyri-müsəlmanların hökmdarların boynunda olan haqlardır. Bu, çox mütərəqqi hüquqlardır. Baxmayaraq ki, Həzrət Əli (ə) bu bəyanatları hüquq şəklində söyləməmiş, lakin bunları məsləhət formasında ifadə etmişdir.

İmamın (ə) kəlamına görə, bu hüquqlardan biri də mehribanlıqdır ki, cəmiyyətin rəhbəri xalqla yaxşı rəftar etməlidir. İmam Əli (ə) Malik Əştərə buyurdu: “İnsanlarla mehriban ol və onlarla dostluğu qəlbinə hakim et”.

İkinci haqq bağışlama ruhudur, yəni insanların öz hökmdarlarının bağışlayan olmasına haqqı vardır. “İnsanlar qəsdən və ya bilməyərəkdən bir günah işlətdikdə və ya səhv etdikdə, onların səhvinə bax və onları bağışla”. İmam (ə) bu cümlədə buyurur ki, onların günahlarını bağışlayar, lakin məmurlarının və müdirlərinin ən kiçik xətasını da bağışlamaz. Əmirəl-möminin (ə) xalqa qarşı sərt deyil, lakin məsul vəzifədə işləyənlərinə qarşı sərtdir ki, Nəhcül-bəlağənin 45-ci məktubu bu haqda xəbər verir.

Üçüncü hüquq, zahiri avtoritarizm və qanunçuluqdan qaçmaqdır. İmam Əli (ə) buyurur: “Elə bilməyin ki, onlar mənə dedilər və mən deyirəm və itaətə əmr edirəm. Bu əməl qəlbi qaraldar və dini qurudur, nemətin azalmasına və müsibətin yaxınlaşmasına səbəb olur”. İslam cəmiyyətinin valisi “məmuram və üzrlüyəm” deməyə davam etməməlidir. İslam hökmdarları xalqı və onların şəraitini anlamalı, insanların həyatında baş verənləri, hansı təzyiq və darboğazlarla üzləşdiklərini bilməlidirlər. Əgər valilər xalqdan vergi alacaqlarsa, onların gəlirlərini, yaşayış şəraitini nəzərə almalıdırlar.

Xalqın valilər üzərində malik olduğu dördüncü haqq, haqtələblik və haqmehvər olmaqdır. İslam hökmdarı haqq adamı və haqtələb olmalıdır. İmam Əli (ə) bu məzmunda buyurur: “Sənin gözündə saleh və pis əməl sahibi eyni olmasın. o mövhum yaxşı əməl sahibinin yaxşılıq etməsini azaldar və pislik edəni pisliyə vadar edər”. Bu məqamlar təkcə normativ dərslər arasında deyil, İmam (ə) bu məsələləri təqdim etməklə bir ictimai həyatın həqiqətini vurğulayır.

Beşinci haqq ədalət axtarmaqdır. Həzrət Əmir (ə) bu məzmunda buyurur: “Valinin gördükləri ən yaxcşı iş şəhərlərdə ədalətin bərqərar olması və cəmiyyətin arasında dostluğun yaranmasıdır”. Yəni valilər əməldə insanlar arasında məhəbbət və ədalət yaratmalıdırlar.

İnsanların valilər üzərində olan altıncı hüququ məsləhət və nəzarətdir. Valilərin məşvərət edən olması insanların haqqıdır. İnsanlar rəhbərlərinin cəmiyyətin şəxsiyyətləri ilə məsləhətləşməsi, əməkdaşlıq etməsi hüququna malikdirlər. İmam Əli (ə) buyurur: “İşçilərinizin işləri haqqında düşünün. Sınaqdan keçirdikdən sonra onları işə alın. Öz istəyinizlə və başqaları ilə məsləhətləşmədən heç kimi işə almayın”.

Yeddinci hüquq verilən vədəyə əməl etməkdir. “Əgər sən düşməninlə əhd bağlamışsansa və məktubunda ona aman vermisənsə, əhdinə əməl et. Əhdinin qarşısında özünü sipər kimi saxla ki, canını itirsən də əhdin pozulmasın; İnsanlar bir-birləri ilə əhdə riayət etməkdən başqa, Allahın öhdəliklərindən heç bir şeydə razılaşmırlar. Ona görə də öhdənə götürdüyün işə xəyanət etmə və bağladığın əhdi pozma”.

İnhisardan qaçmaq xalqın cəmiyyətin idarəçilərinin boynundakı səkkizinci haqqıdır. Yəni, valilər xalqın xeyrinə, onların mənafeyinə və xalqın real ehtiyaclarına uyğun olanı özlərinə məxsus etməməlidirlər. Həzrət Əmir (ə) buyurur: “Bütün insanların xeyrinə olan bir şeyiözünə məxsus etməkdən çəkin.”

Bu səkkiz hüquq çox mütərəqqi hüquqlardır. Bu hüquqların cəmiyyətdə həyata keçirilib-keçirilmədiyini insanlar hər dövrdə, siyasi sistemdə yoxlayıb müqayisə edə bilərlər.

3967057

captcha