IQNA

İslamın əqidə prinsipləri; Məad / 12

Ölümdən sonrakı həyatın qəbul edilməsinə nə mane olur?

9:53 - February 22, 2023
Xəbər sayı: 3493738
Ölümdən sonrakı həyatı sübut etməyin şərtlərindən biri də ölümdən sonrakı həyatı qəbul etmək üçün maneə olub-olmadığını cavablandırmaqdır.

Məadın isbatı üçün üç şərt lazımdır: Biri “onun baş verməsinin mümkün olması” (ehtimal), digəri isə yaradılış səbəbidir. Bu iki şərt əvvəlki məqalələrdə müzakirə edilmişdir. İndi isə növbə qiyamətin zühuru üçün maneələrin olmamasını müzakirə edən mərhələdir.

İnsanın öləndən sonra dirilməsinə heç bir maneə yoxdur. Adətən maneəməhdud qüdrətlər üçündür. Tutaq ki, müəyyən bir yolda hərəkət etməli olan və o yolu keçməkdən başqa çarəsi olmayan bir avtomobilin yolunda böyük bir daş var və bu, onun hərəkətinə mane ola bilər. Ancaq müəyyən bir yoldan keçməli olmayan quş üçün bu daş maneə sayılmır.

Bəli, qüdrət və elm nə qədər çox olarsa, o qədər də az şey maneə törədə bilər. Çünki ölülərin dirilməsi və səpələnmiş zərrələrin toplanmasının iki şərti vardır: biri sonsuz elm, digəri isə sonsuz qüdrətdir.

Hər zərrənin haradan olduğunu, harada olduğunu, hansı şəraitdə olduğunu bilən Allahın sonsuz elmi ilə hansı maneəni təsəvvür etmək olar? "Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onları tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!" (Qaf, 4).

Səpələnmiş hissəcikləri bir yerə toplaya bilən sonsuz gücün qarşısında ağlasığmaz bir maneə yoxdur. Necə ki, Quran təxminən qırx dəfə buyurur: "Allah hər şeyə qadirdir".

Hal-hazırda biz özümüz səpələnmiş toz hissəciklərindənik. Çünki bu dünyada müəyyən bölgənin buğdası və başqa bölgənin düyü, tərəvəz və meyvələrindən tərkib tapmışıq. Bir müddət əvvəl atanın sperması şəklində, sonra isə ana bətnində yerləşdirildik və sonra biz dünyaya gəldik. Bəli, indi də bədənimizdəki hər hüceyrə yerin bir bölgəsindəndir. Bizi bu dünyada səpələnmiş torpaq zərrələrindən yaradan həmin qüdrət, Qiyamət günü bizi eyni çürümüş sümüklərin səpələnmiş zərrələrindən yenidən dirildəcək.

  Əlbəttə ki, bəzən şeytan bizi vəsvəsə edir ki, bu çox çətin bir işdir. Lakin Quran bu vəsvəsəyə bir neçə ayə ilə cavab verir. Məsələn buyurur: "Ölüləri diriltmək Allah üçün asan və sadə bir işdir" (Ənkəbut, 19; Qaf, 44 və Təğabun, 7).

Əlbəttə ki, bizim işimizin əsas forması ondan ibarətdir ki, biz Allahın qüdrətinə və elminə öz gözümüzlə baxırıq. Özümüz məhdud olduğumuz üçün sonsuzluğu təsəvvür edə bilmirik. Quran qissələrində bu həqiqəti görmək olar. Allah düşüncələrimizi bu maddi çərçivələrdə xülasələşməsindən azad etmək istəyir. Buna görə də buyurur:

"Məryəm adlı subay qadına körpə verdik" (Məryəm, 20).

“Biz beşikdəki körpəyə danışıq qabiliyyəti verdik!” (Məryəm, 30).

 “Biz fil minənləri Əbabil adlı quşlarla məhv etdik!” (Fil, 4).

 “Biz ona əsanı daşa vur dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı!” (Bəqərə, 60).

 "Biz ölüləri İsanın nəfəsi ilə diriltdik (Maidə, 110).

 "Biz qoca Zəkəriyyaya və onun sonsuz həyat yoldaşına Yəhya adlı bir uşaq verdik" (Hud, 72).

 “Biz Musanı Fironun qoynunda böyütdük” (Qəsəs, 9).

  Həmçinin yüzlərlə başqa misal var ki, bunların hamısı gecə-gündüz adət etdiyi çərçivədən insan düşüncəsinin perspektivini genişləndirmək və bir az da təbiətdən kənarda düşünmək məqsədi daşıyır. Çünki Quran oxumağa əmr edilməsii belə xatirələri xatırlamaq və nəzərdən keçirmək üçündür. Bəli, təbiət qanunlarına hörmətlə yanaşmalı, düşüncəmizi heç vaxt onun çərçivəsində məhdudlaşdırmamalı və bilməliyik ki, Allah nə istəsə, o da olacaq.

  Bir sözlə, Allahın sonsuz qüdrətinə və sonsuz elminə qarşı heç bir maneə ola bilməz.

  • Möhsin Qəraəti tərəfindən yazılmış " İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha