IQNA

İslamın əqidə prinsipləri; Məad / 13

Quranın bir ayəsi ilə fəqih (din alimi) oldu

17:33 - February 27, 2023
Xəbər sayı: 3493764
Tarixdə rəvayət edilmişdir ki, bir şəxs Peyğəmbərin (s) hüzuruna gedib yalnız bir ayə eşitməklə o qədər hidayət əldə etmişdir ki, Peyğəmbər (s) ona fəqih ləqəbi vermişdi.

Bir nəfər Peyğəmbərin (s) məscidinə daxil olub dedi: Ya Rəsulullah! Mənə Quran öyrət! Həzrət onu öz yoldaşlarından birinə əmanət etdi. O, yeni gələnin əlindən tutub kənara çəkdi və ona öyrətmək üçün “Zilzal” surəsini oxudu. "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (Zilzal, 7-8) Bu ayəyə yetişdiyi zaman ərəb bir az fikirləşib müəlliminə dedi: Bu cümlə vəhydirmi? Müəllim dedi: Bəli, dedi: Mən bu ayədən dərs aldım və indi bizim gizli və aşkar əməllərimizin hesabı bu dünyada verildiyi üçün vəzifəm aydın oldu. Bu cümlə mənim həyat xəttimə bəsdir və müəllimi ilə vidalaşdı.

Müəllimi  Peyğəmbərin (s) yanına gəlib dedi: Bu tələbəmiz bu gün səbirsiz idi və ona bir kiçik surədən artıq oxumağa belə icazə vermədi və dedi: Mən dərsimi aldım.

Peyğəmbər (s) buyurdu: “Fəqih qayıtdı”. Qayıdanda çatmalı olduğu fiqh və dərin elm məqamına çatmışdı.

Təssüflər olsun ki, savadsız və səhrada sərgərdan bir cümlə ilə yolunu bilib, başa düşüb dəyişdi. Allah Rəsulundan (s) fəqih ləqəbi aldı amma mənim kimi insanlar illərini ayələr və rəvayətlərlə, əqli və nəqli dəlillərlə, neçə bəyan və bəzən neçə dəlillərlə ən yaxşı üsullarla danışırıq. Amma praktikada çox da uğurlu olmaya bilirik.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri; (Məad)" kitabından götürülmüşdür.
captcha