IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 35

Möcüzələri həzrət İsanın (ə) möcüzələrinə bənzəyən peyğəmbər

14:41 - March 17, 2023
Xəbər sayı: 3493869
Əl-Yəsə yeniyetmə ikən həzrət İlyas (ə) tərəfindən şəfa tapmış və ondan sonra onun şagirdi olmuş peyğəmbərdir. Sonralar Əl-Yəsə, İlyasın yerinə peyğəmbər olanda o, çoxlu sayda bəni-israillini həqiqətə ibadət etməyə dəvət edə bildi.

Yəsə və ya Əl-Yəsə (ə) bəni-İsrail peyğəmbərlərindəndir. Onun kamil adı İlyasın (ə) tələbəsi olan və ondan sonra peyğəmbər olan Yəsə ibn Əxtub ibn Əl-Əcuzdur.

Bu iki böyük peyğəmbər haqqında çoxlu rəvayətlər nəql edilmişdir. Məsələn, bəni-israildən Əl-Yəsə ibn Əxtub adlı uşağı olan bir qadının İlyası düşmənlərdən gizlətmək üçün evinə aparması; Həzrət İlyas ona təşəkkür etmək üçün ağır xəstələnən oğlu Əl-Yəsə üçün dua etdi və uşağın vəziyyəti yaxşılaşdı və xəstəlik aradan qalxdı. Bu möcüzəni görən Əl-Yəsə İlyasa inandı və o vaxtdan onun yanındadır.

Bəziləri Əl-Yəsənin İlyasla qohumluq əlaqəsi olduğunu və onların əmioğlu olduqlarını söyləyiblər. İlyasın ölümündən sonra Əl-Yəsə insanları Allaha ibadət etməyə dəvət etdi.

Əl-Yəsədən çoxlu möcüzələr gəlməsi haqqında məlumat verilmişdir. O cümlədən onun da İsa (ə) kimi suyun üstündə gəzdiyi, ölüləri diriltdiyi, anadangəlmə korları və cüzamlıları sağaltdığı deyilir.

Əl-Yəsənin adı Qurani-Kərimdə "Ənam" və "Sad" surələrində iki dəfə çəkilir. “Ənam” surəsində onun İbrahim peyğəmbərin (ə) nəslindən olduğu deyilir, lakin onun bəni-israil peyğəmbərlərindən olub-olmadığı qeyd olunmur. O, “Sad” surəsində də təriflənmiş və iki peyğəmbər “İsmail” və “Zülkifl” ilə birlikdə yaxşı xatırlanmışdır.

Tövratda və Padşahlar kitabında bu peyğəmbərin adı Şafat oğlu Əl-Yəşədir; İbranicə Əl-Yəşənin mənası “xilaskar”, Şafatın mənası isə “hakim” deməkdir. Onun yüksək məqamı və əzmkarlığı var idi.

Həzrət Əl-Yəsə özünə canişin seçmək istədikdə dedi: "O şəxs bu vəzifəni qəbul edə bilər ki, gündüzləri oruc tutsun, gecələri ibadət etsin və hökm verərkən heç vaxt qəzəblənməsin. Allahın peyğəmbəri bu şərtləri qövmünə üç dəfə söylədi və hər üç dəfə də insanların dəyər vermədiyi və onu yoxsul hesab etdiyi gənc bu şərtləri qəbul etdi. Əl-Yəsə də üçüncü gündə onu özünə canişin seçdi. O, vədini yerinə yetirdikdə Allah onu təriflədi və ona Zül-Kifl adı verildi.

Ərəbistanın şiə bölgəsindəki Laucumda Əl-Yəsə peyğəmbərə aid edilən bir türbə var idi. Əlbəttə ki, bu məzar dağıdılıb. Türkiyədə də başqa bir məzar Əl-Yəsəyə aid edilir.

captcha