IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 37

Zülkifl Peyğəmbərin xüsusiyyətləri

17:20 - April 21, 2023
Xəbər sayı: 3494058
ZülKifl bəni-İsrail peyğəmbərlərindən birinin ləqəbidir. Onun əsl adı ilə bağlı ixtilaflar vardır. Lakin aydın olan odur ki, o, Həzrət Musanın (ə) canişinlərindən biri olmuşdur. Allaha çox ibadət edirdi. Buna görə də Allah ona çoxlu faydalar vermişdi.

ZülKifl bəni-İsrail peyğəmbərlərindəndir və Musa peyğəmbərin (ə) üçüncü canişinidir. Həzrət Muhəmmədin (s) bir rəvayətində Zül-Kəfl haqqında belə deyilir: O, Həzrəmut qövmündən idi. (Həzrəmut Yəmənin sağ tərəfində və Ərəbistan dənizinin yanında böyük bir yerin adıdır). Deyilənə görə, ZülKəflin anası uşağı olmayan yaşlı qadın olub, qocalıqda Allahdan övlad istəyib və Allah onun duasını qəbul edib.

Onun əsl adı “Ovidiya İbn Ədrim” idi. Bəziləri də onun adını “Hizqiyal” hesab edirdilər. Bəzi insanlar həmçinin ZulKəflin İlyas, Yuşə və ya Yəsə və ya Əyyub peyğəmbərin övladlarından biri olduğuna inanırlar. Peyğəmbərlərlə bağlı bəzi rəvayətlərdə ZülKəflin Davud peyğəmbərin oğlu və Süleyman peyğəmbərin qardaşı olduğu da bildirilir.

ZülKiflin dövründə Yəsə, peyğəmbər idi. Bir gün Yəsə öz xalqına dedi: “Məndən sonra kim mənim yerimə keçəcək və xalqa rəhbərlik edəcək? Bir şərtlə ki, qəzəblənməyib gündüzləri oruc tutsun, gecələr Allaha ibadət etsin?” Bu zaman Oviydia ayağa qalxaraq “Mən bunu edəcəm” dedi. Yəsə bu sualı bir daha təkrarladı və yenə də həmin Ovidiya olan gənc ayağa qalxıb dedi ki, mən bunu edəcəm. Bir müddət sonra Yəsə vəfat etdi və Allah ondan sonra Ovidiyanı peyğəmbər seçdi.

Bu peyğəmbərin nə üçün ZülKifl adlandırılması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onların arasında bəni-İsrailin yetmiş peyğəmbərini himayə etdiyi və onları öldürülməkdən xilas etdiyi deyilir. Bəziləri də inanırlar ki, Allah ona çox ibadət etdiyi üçün çoxlu mükafat və rəhmət bəxş etmişdir, buna görə də o, “böyük fayda sahibi” mənasını verən “Zülkifl” adı ilə məşhur olmuşdur. Bu adın Yəsəyə verdiyi vədə görə olduğu da deyilir.

Quranda onun adı iki dəfə "Ənbiya" və "Sad" surələrində “İsmail” və “İdris” kimi peyğəmbərlərin adlarının yanında işlənmişdir. Zül-Kifl Həzrət Davud (ə) kimi insanlar arasında qəzavət edərdi. O, həm də fəzilətli, pak və səbirli bir insan kimi tanınır.

İranın Dezful şəhərində ZülKiflə aid edilən bir türbə var. Həmçinin İraqın cənubundakı Nəcəf şəhəri yaxınlığında ZülKiflə aid edilən bir qəbir var.

captcha