IQNA

Namaz haqqında maraqlı məqamlar / 6

Namazı qorumaq üçün şərabın və qumarın qadağan edilməsi

13:02 - June 28, 2023
Xəbər sayı: 3494390
TEHRAN (IQNA) – Şərab və qumar Quranda haramdır. Bunun səbəblərindən biri də namazın və mənəviyyatın dəyərini qorumaqdır.

 Şərab və qumar bir çox cismi, ruhi və sosial zərərlərə səbəb olsa da, Quran bu ikisinin təsirləri haqqında belə buyurur:

 "Bunlar sizin aranızda kin salacaq və sizi Allahı zikr etməkdən və namaz qılmaqdan saxlayar" (Maidə, 91(.

  Bu ayədə şərabın malik olduğu onlarla təhlükə və zərərdən onun ictimai-mənəvi zərərlərinə işarə olunur. Kin-küdurət kimi ictimai zərər və Allahı zikr etmək və namazdan qəflət etmək kimi mənəvi zərər qeyd olunur.

 

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha