IQNA

Namaz haqqında maraqlı məqamlar / 7

Uşaqların namaz qılmasına Quran diqqət yetirib

8:18 - July 07, 2023
Xəbər sayı: 3494427
TEHRAN (IQNA) – Quranın müxtəlif ayələrində uşaqlara namaz qılmağı öyrətməyin əhəmiyyəti vurğulanır.

Qurani-Kərim İbrahim peyğəmbərdən çoxlu dualar nəql etmişdir. Amma o həzrət yalnız iki yerdə öz nəsli üçün dua edib. Biri ümmətin imaməti, digəri isə namaz qılmaq üçün dua edərək buyurur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, davamlı) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahim, 40).

  Maraqlıdır ki, o həzrət təkcə dua etməklə kifayətlənməyib. Bu arzusuna çatmaq üçün qiyam və hicrət edib, namazı bərpa etmək üçün vətənindən uzaq da düşüb.

Quran ailədə namazı bərpa etmək vəzifəsinin ailə başçısının üzərinə düşdüyünü acıq şəkildə bəyan edir: "Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!" (Taha, 132).

Bu ayə göstərir ki, kişi öz ailəsinin fikri və dini taleyindən məsuldur və yalnız onların maddi işləri ilə məşğul olmaq kifayət deyil. Həmçinin tərbiyənin birinci mərhələsi ailə mərkəzidir. Həmçinin ailədə namaz mövzusu xüsusi əhəmiyyət kəsb edir, valideynlər bu məsələdə təkid etməlidirlər.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Dua haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha