IQNA

Namaz haqqında maraqlı məqamlar / 8

Namazı bərpa etməkdə İslam hökumətinin vəzifəsi

9:47 - July 15, 2023
Xəbər sayı: 3494461
TEHRAN (IQNA) – İslami əmrlərin hər biri müəyyən səbəblərə görə yerinə yetirilməyə bilər. Lakin namaz tətil edilməyən ibadətlərdəndir. İslam hökuməti onu bərpa etməyə borcludur.

 "O, kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər" (Hicr, 41).

İslam hökumətinin idarəçiləri təkcə fabrikin mənfəəti ilə məşğul olmamalı və İslam universiteti ideyası təkcə mütəxəssislər yetişdirməklə məşğul olmamalıdır. Həmçinin İslam hökuməti öz məsuliyyətini istehsal və paylamada məhdudlaşdırmamalıdır. Çünki İslam hökumətinin məsul şəxslərinin birinci vəzifəsi həm özlərinin iştirakı ilə, həm də xalqı hərtərəfli təşviq etmək ilə namazı bərpa etməkdir.

Namaz heç vaxt tətil olmur

“O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” (Məryəm, 31).

  İslami əmrlər hər hansı bir səbəbə görə tətil edilə bilər. Məsələn, cihad xəstə və korlara vacib deyil, oruc tutmaq xəstəyə vacib deyil, xüms, zəkat və həcc məhrum təbəqəyə vacib deyil. Bütün insanlara və cəmiyyətin təbəqələrinə, qadın və kişilərə, kasıb və varlı, sağlam və xəstələrə vacib olan yeganə ibadət namazdır. Ölüm anına qədər hətta bir gün belə tətil edilməyən bir ibadətdir. (Baxmayaraq ki, hər ay qadınlar üçün xüsusi proqram var).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha