IQNA

Namaz haqqında maraqlı məqamlar / 10

İmandan sonrakı ilk vacib nədir?

9:40 - July 28, 2023
Xəbər sayı: 3494526
TEHRAN (IQNA) - Qeybə etiqad etmək təqvalı insanların birinci xüsusiyyətidir. Bəqərə surəsinin əvvəlində bildirilən onların ikinci xüsusiyyəti isə namazı bərpa etməkdir.

  "(Müttəqilər) qeybə (hisslərdən gizli olana) iman gətirənlərdir. Onlar namazı bərpa edirlər qılırar. Onlara verdiyimiz ruzi və nemətlərdən infaq edərlər” (Bəqərə, 2).

  Quranın və Bəqərə surəsinin əvvəlində Allaha, qiyamətə və mələklərə imanı özündə ehtiva edən qeybə imandan sonra ilk nəzərdə tutulan əməl prinsipi namaz məsələsidir.

Namaz işdən öncə gəlir

 "Onu) o kəslər (təqdis edər) ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar"  (Nur, 37).

  Quran azan vaxtı iş və ticarəti saxlayanları tərifləmişdir.

  Xüsusilə cümə günü alveri tərk etmək əmr edilir: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Cümə, 9-10).

  İranın mərhum prezidenti Rəcai deyirdi: Namaza işim var deməyin, işə deyin namazım var.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür
captcha