IQNA

Namaz haqqında maraqlı məqamlar / 14

Namaz ilahi peyğəmbərlərin ilk sözü və son vəsiyyətidir

9:27 - September 16, 2023
Xəbər sayı: 3494745
TEHRAN (IQNA) – Namaz həm peyğəmbərlərin ilk əmridir, həm də övliyaların son əmridir.

İmam Sadiqin (ə) həyat tarixində deyilir ki, o zhəzrət mübarək həyatının son anlarında gözlərini açıb buyurdu: Bütün qohumlarımı toplayın və sonra buyurdu: "Bizim şəfaətimiz namaza səhlənkarlıq edənləri yetişməz".

  Namaz, özünü yoxlama vasitəsidir

  Hədisdə oxuyuruq ki, Allah yanında məqamının və dəyərinin nə olduğunu bilmək istəyən hər kəs Allahın onun yanında hansı məqama malik olduğunu görməlidir. Əgər azan sənin üçün böyük və hörmətli idisə, sənin də Allah yanında hörmətin var. Əgər Onun əmrini yerinə yetirməkdə səhlənkar idinsə, Onun nəzərində sənin heç bir məqamın və dəyərin yoxdur. Həmçinin namazın səni fəsad və pislikdən saxlayırsa, bu, namazın təsirinə və qəbul olmasına işarədir.

  Qiyamətdə ilk sual namazdır

Hədisdə oxuyuruq ki, qiyamətdə ilk sorğu-sual olunacaq və hesaba çəkiləcək şey namazdır.

  Bəli, orucdan, xumsdan, zəkatdan, həccdən və s. öncə hər bir şəxsin üzərinə düşən ilk vacib namazdır. Əlbəttə ki, Qiyamət günü ilk fürsətdə ilk vacibdən soruşulacaqdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha