IQNA

Namaz haqqında maraqlı məqamlar / 21

Namaz və tövhid

13:05 - November 10, 2023
Xəbər sayı: 3494976
TEHRAN (IQNA) – Namazla tövhidin əlaqəsi çox yaxındır, tövhid bizi namaza cəlb edir, namaz isə tövhid ruhunu dirildir.

  "Şübhəsiz, bu Mənəm- tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!" (Taha, 14).

Namazla tövhidin əlaqəsi çox yaxındır, tövhid bizi namaza cəlb edir, namaz isə tövhid ruhunu dirildir.

Namaz təkbirlə başlayır. Hər rükətdə surə bitdikdən sonra, rükudan və hər səcdədən əvvəl və sonra, hər namazın sonunda Allahu Əkbər demək müstəhəbdir. Rüku və səcdələr də “Sübhanallah” deyirik. Üçüncü və dördüncü rükətdə isə “Lə ilahə illəllah” deyirik ki, bu da tövhid ruhunu cilalamaq və iman ruhunu təcəlli etməkdən ibarətdir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha