IQNA

Namaz haqqında maraqlı məqamlar / 22

Namazda səhlənkarlıq fəsada yol açır

8:31 - November 13, 2023
Xəbər sayı: 3494986
TEHRAN (İQNA) – Namazdan uzaq olmaq şəhvət tələsinə düşməyinizə səbəb olar ki, bu da fəsada səbəb olar.

“Məryəm” surəsi, 59-cu ayə: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)".

Namaz bəndəni Allaha yaxınlaşdıran, Onunla mükəmməl əlaqəni təmin edən və bəndəni pisliklərdən qoruyan mühüm ibadətdir. Peyğəmbərlər bu ibadəti kamil şəkildə yerinə yetirməyə çalışmış və başqalarına da bunu tövsiyə etmişlər. Lakin peyğəmbərlərdən sonra gələnlər ya ümumiyyətlə namazı qılmamışlar, ya da qılmaqda yerinə yetirilməli olan məsələlərə diqqət yetirməmişlər. Onlarla Allah arasında olan bu təməl bağın qırılmasının və ya zəiflədilməsinin qaçılmaz nəticəsi olaraq nəfsi istəkləri onlara hakim olmağa başladı; Onlar Allahın əmrləri icra etmək yerinə öz istəklərinə tabe olmağı seçdilər. Ayədə onların əməllərinin qarşılıqsız qalmayacağı və mütləq cəzalandırılacaqları bildirilir.

Namaz Allahla insan arasındakı bağdır. Və əgər bu bağ qırılarsa, insan məhvə sürüklənəcək. Necə ki, təsbehin ipi qırıldığı zaman, bütün dənələri itib aradan gedir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha