IQNA

Milyonlarla müsəlman Qəzza ilə həmrəylik yürüşünə qatılacaq

4:29 - December 31, 2023
Xəbər sayı: 3495211
İQNA – Malayziya İslam Təşkilatları Məsləhət Şurasının sədri bu ölkənin min qeyri-hökumət təşkilatının iştirakı ilə yürüş təşkil edilməsinin planlaşdırıldığını açıqlayıb.

"İQNA", "Sun" internet saytına istinadən xəbər verir ki, Fələstinlə həmrəylik üçün 24 fevral 2024-cü ildə Kuala Lumpurda keçiriləcək böyük yürüşdə təxminən bir milyon Malayziyalı iştirak edəcək.

Malayziyadakı İslam Təşkilatları Məsləhət Şurasının (Mapim) sədri Məhəmməd Əzmi Əbdül-Həmid bildirmişdir ki, (Fələstin üçün Milyonların Nümayişi) adlı bu proqram Fələstin xalqının mübarizəsinə dəstək ifadə etmək və Fələstin üçün sülh çağırış etmək məqsədi ilə təşkil olunacaqdır.

O, yürüşün koordinatoru kimi o, mitinqə 1000 qeyri-hökumət təşkilatını (QHT) dəvət etməyi planlaşdırdıqlarını bildirib.

Amerika səfirliyi qarşısından keçməyi planlaşdırdıqları genişmiqyaslı yürüşün yeri ilə bağlı planlaşdırma mərhələsində olduqlarını bildirən Məhəmməd Əzmi Əbdül-Həmid, yürüşün təhlükəsiz və problemsiz keçirilməsini təmin etmək üçün səlahiyyətliləri əməkdaşlığa çağırıb.

MAPIM prezidenti mətbuat konfransında deyib: “Bu yürüş Malayziya xalqından BMT-yə dərhal müdaxilə etmək və İsrailin Qəzzada cinayətlərini davam etdirməsinə mane olmaq üçün güclü mesaj verəcək”.

Bu arada, Fələstin Həmrəyliyi Katibliyinin (SSP) sözçüsü və Batu parlamentinin keçmiş üzvü Tian Chua, ABŞ səfirliyi yaxınlığında Fələstin üçün keçirilən həmrəylik yürüşünün təzyiq göstərmək baxımından uğurlu olduğunu və sabah gecə pik həddə çatacağını bildirib.

Fələstin Həmrəyliyi Katibliyinin sözçüsü, "Fələstin məsələsində həmrəyliyimizi və qətiyyətli mövqeyimizi göstərmək üçün sabah saat 21:00-da 1000 iştirakçı ilə yeni il üçün geri saymağa başlayacağıq" dedi.

4190851

captcha