IQNA

Avropalı gənc Məşhəddə müsəlman oldu

23:23 - January 26, 2024
Xəbər sayı: 3495369
İQNA - Londonda yaşayan gənc irlandiyalı Desmond Birn İrana səfəri zamanı İslam dini maraqlanmağa başlayıb və nəticədə Məşhəd şəhərində İmam Rza (ə) hərəmini ziyarət edərkən də müsəlman olub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbrə verir ki, İslam dinini qəbul etdikdən sonra özünə yeni ad da seçib – “Rza”.

İslam dinini sevdiyini deyən irland gənc bu din, həmçinin hz.Peyğəmbər (s) və Onun pak Əhli-Beyti (ə) haqda olan biliklərini artırmaq niyyətində olduğunu bildirib.

Mühəndis və bina layihəçisi olan Birn İmam Rza (ə) hərəminin mənəvi ab-havasından, İslam mədəniyyətindən olduqca təsirləndiyini qeyd edib.

captcha