IQNA

Moskvada terror aktında onlarla insanın həyatını xilas edən müsəlman gəncə mükafat verilib

5:40 - March 28, 2024
Xəbər sayı: 3495700
İQNA - Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert salonunda törədilən terror aktı zamanı 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilova şücaət mükafatı verilib.

Mərasimdə Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova terror aktı zamanı tamaşaçıların təxliyyəsinə kömək edən 15 yaşlı Xəlilovu “İnsanlara köməklik göstərərkən göstərdiyi fədakarlıq, şücaət və şəxsi cəsarət sertifikatı” ilə təltif edib.

Evakuasiyaya kömək edən digər gənc, 14 yaşlı Artyom Donskov da eyni mükafata layiq görülüb.

Digər tərəfdən, Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qəhrəman gənc Xəlilovu göstərdiyi şücaət və xalqı xilas etdiyinə görə Rusiya müsəlmanlarına “Xidmət medalı” ilə təltif edəcəyini açıqlayıb.

Bildirilib ki, medal martın 29-da Moskva Mərkəzi Məscidində qılınan cümə namazında veriləcək.

Martın 22-də axşam saatlarında terrorçular konsert salonuna silahlı basqın edərkən Crocus City Hall-da yarı saat işləyən müsəlman gənc Xəlilov 100-dən çox insanı düzgün təxliyə dəhlizinə yönəltməklə nəzarəti ələ almış və insanların binanı tərk edərək təhlükəsiz yerə çatmasına şərait yaradır.

Xəlilovun evakuasiyanı həyata keçirərkən mobil telefonu ilə çəkdiyi videogörüntülər sosial şəbəkədə yayılıb.

AA

Teqlər: rusiya ، terror ، moskva ، müsəlman
captcha