IQNA

Həmas İranın əməliyyatını alqışlayıb

7:02 - April 15, 2024
Xəbər sayı: 3495789
İQNA – Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İranın sionist rejimə qarşı əməliyyatını alqışlayıb və vurğulayıb ki, region xalqı sionist rejimin təcavüzünə qarşı özlərini müdafiə etmək hüququna malikdirlər.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) yazılı açıqlamada, "İranın işğal olunmuş ərazilərə hücumu sionist rejimin İranın Dəməşq konsulluğuna hücumuna təbii və uyğun cavabdır. Bölgə xalqının sionist rejimin təcavüzünə qarşı özünü müdafiə etmək hüququ var" ifadəsindən istifadə edib.

HƏMAS-ın bəyanatının davamında qeyd olunub ki, "Ərəb və İslam xalqlarından, dünyanın azad xalqlarından və bölgədəki müqavimət qruplarından Fələstin müqavimətinə, Əl-Əqsa tufanı əməliyyatına, Fələstin xalqının azadlığına, müstəqilliyinə və paytaxtı Qüds olan müstəqil dövlət qurmaq hüququna dəstək verməyə davam etmələrini istəyirik".

captcha