IQNA

Qurani-Kərimdə Fitr bayramı və bayramı anlamaq

19:52 - April 15, 2024
Xəbər sayı: 3495792
İQNA - Bayram insanları bir araya gətirən ən gözəl vasitələrdən biridir, sevinc və şadlıq günüdür. Möminlər arasında ülvi hisslərin coşduğu, sevgi və hörmət hisslərinin canlandığı gözəl günlərdən biridir.

Ramazan ayında insanın fitri paklığı və fəziləti həqiqi itaət və ibadət işığında ruha qayıdır. Ona görə də bu aydan sonrakı ilk günə Fitr bayramı deyilir.

Fitr bayramı ən böyük İslam bayramlarından biridir və Qurban bayramı ilə yanaşı iki əsas bayramdan biri hesab olunur. Fitr bayramında müsəlmanlar bir aylıq oruc tutmaq və ibadət etməkdən sonra bayram edir, bayram namazı qılır və müstəhəbb əməlləri yerinə yetirirlər. Bu gündə oruc tutmaq haramdır və fitrə zəkatını vermək vacibdir.

Ərəbcə bayram sözü (eyd /العيد) lüğətlərdə “adətə çevrilmiş sevinc və kədər və bir yerə toplaşma günü” kimi tərif edilir. Məlumdur ki, bu sözün əsli (əvd (عود) olub, “yenidən qayıtmaq” mənasındadır.

Ramazan ayında Allaha həqiqi ibadət və bəndəlik nəticəsində fitrətdən doğan paklıq və fəzilət ruha qayıdır. Həmçinin fitrərə zidd olan çirklənmə aradan qalxdığı üçün bu vəziyyət bayram adlandırılır.

 Bəqərə” surəsinin 185-ci ayəsində Ramazan bayramı dolayısı ilə qeyd edilir: “Bu (sayılı günlər) Ramazan ayıdır ki, insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağın və doğru yolu tapmağın izahı olaraq Qurani-Kərim nazil edilmişdir ."

Buna görə də Ramazan ayının başa çatması ilə oruc tutmaq günlərinin sayı 29 və ya 30 günlə tamamlanır. Vacib olan oruc tutmaq əməli yerinə yetirilir. Ayədə günlərin sayının vurğulanmasından belə başa düşülür ki, orucun zahiri kamilliyi tamamlanmış, təqvanı təmin edəcək zəruri şərait və davranışlarla saxlanılmaqla mənəvi kamillik əldə edilmişdir.

     Ramazan Bayramı: Mükafat günü

Bu ayədəki “Allaha təsbih et” ifadəsi Allahın bizə bəxş etdiyi hidayət mənasında olmaqla yanaşı, bayram gecəsi və namazlarda qılınması müstəhəbb olan təkbirlərə də işarə edir.

Müsəlmanlar bayram günü təmiz paltar geyinir, gözəl ətirlər vurur və bayram namazını camaatla qılmağa gedir və bu cümlələri deyirlər. “Allah böyükdür, Allah böyükdür. Allahdan başqa ilah yoxdur və Allah böyükdür. Allaha həmd olsun. “Bizi doğru yola yönəldən Allaha həmd olsun və bizə bəxş etdiyi nemətlərə görə Allaha həmd olsun”.

captcha