Səudiyyə Ərəbistanı Həcc zamanı 77 qanunsuz zəvvarı saxlayıb.
Səudiyyə təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, həmin zəvvarlar “qanunsuz şəkildə Məscidül-Həram” ərazisinə daxil olmağa çalışıblar.
Saxlanılan zəvvarlar 10 min rial (~2665 dollar) cərimələniblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu il yalnız 60 min nəfərin Həcc ziyarəti yerinə yetirməsinə icazə verib. Ölkə xaricindən isə zəvvar qəbul edilməyib. /iqna