"İQNA", "Əl-Mübaşir"-ə istinadən xəbər verir ki, Qahirədəki İmam Hüseyn məscidinin İmam-camaatı və xətibi Şeyx Əhməd Məkki vurğulayıb: "Mövlamız Hüseynin (ə) məscidi saleh insanların və alimlərin maqnitidir. Vəqflər Nazirliyinin ən kiçiyindən tutmuş ən böyük məmurlarına qədər özlərini İmam Hüseynin (ə) xidmətçisi hesab edirlər".
İmam Hüseyn məscidinin İmam-camaatı və xətibi əlavə edib: "Misirlilər Əhli-Beytin (ə) xüsusi günlərini İmam Hüseyn (ə), Həzrət Zeynəb (s) və Həzrət Nəfisə (s) məscidlərində il boyu qeyd edirlər. Çünki Peyğəmbər (s) ailəsinə məhəbbət millətimizin fitrətindən qaynaqlanır".
Qeyd edək ki, ötən gecə Qahirənin İmam Hüseyn (ə) meydanı və məscidi İmam Hüseynin (ə) mövlud gününü qeyd etmək üçün bu ölkənin müxtəlif əyalətlərindən olan minlərlə Peyğəmbər (s) ailəsinin aşiqlərinin iştirakının şahidi olub.
4101883