"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, İraqın Qurani-Kərim Elmi Şurasının rəhbərinin müavini Liva Əl-Ətiyyə mərasimdəki çıxışında deyib: "Şuraya bağlı Quran Layihələri Mərkəzi bu mərasimi şəhidlərin xatirəsini əziz tutmaq üçün təşkil edib. Bu proqramda bir qrup Quran qariləri, ustadlar və hafizlər iştirak edib.
O əlavə edib: "Bu iki Quran hafizinin vəfatı böyük bir boşluq idi və bu mərasim onların Quran səylərini xatırlamaq məqsədi ilə keçirildi".
Abbasi hərəminin Quran Layihələri Mərkəzinin məsullarından olan Vəhac Əl-İbadi də deyib: "Bu iki ustad İraqın “Misan” vilayətindən idi və bu vilayətdə Quran hərəkatının sütunlarından idi. Ustad Əl-Miyahi İraqda Quran işlərində fəal iştirak edən milli hakim idi".
O, aydınlaşdırdı: "Bu proqramın məqsədi İraqın Quran xadimlərinin məqamını və Quran mədəniyyətinin cəmiyyətdə yayılmasındakı rolunu şərəfləndirmək və xatırlatmaq idi".
4116143